Əqsa məscidinin altında yəhudilər rəqs edib, şərab içdilər

AzadXeber.net məlumat verir ki, İsrail işğal edilmiş Qüds şəhərində yerləşən Əqsa məscidinin altında yeni tunel açıb. Yeni açılmış tuneldə yəhudilər ayin icra ediblər. İsrailin müsəlmanların müqəddəs məscidini bu şəkildə təhqir etməsi dünya miqyasında geniş etirazlara səbəb olub.
 
Qeyd edək ki, Fələstin tərəfi bu barədə dəfələrlə xəbərdarlıq etmişdi. Fələstinin aidiyyatlı qurumları bildirmişdi ki, İsrailin yeni tunellər açması Əqsa məscidinin çökməsinə səbəb olacaq.
 
 

 

Google+ WhatsApp ok.ru