“Qarabağ”ın futbolçusu: “Bu, yalnız kağız üzərində belədi”

“Hər kəs bizi favorit sayır. Amma bu, yalnız kağız üzərində belədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Danilo Dias deyib.
 
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün Maltada “Valletta” ilə qarşılaşacaq ağdamlıların 28 yaşlı futbolçusu bildirib ki, komandalardan hansının güclü olması 90 dəqiqəlik mübarizədən sonra bəlli olacaq: “Çempionlar Liqasında zəif rəqib olmur. Hər şeyə oyundan sonra aydınlıq gələcək. Bununla belə, biz qələbə qazanmaq və azarkeşlərimizi sevindirmək üçün hər şey edəcəyik”.
 
“Qarabağ”da ilk rəsmi oyununa çıxmaq ehtimalı olan Dias bu şansı qazanarsa, əlindən gələni edəcəyini söyləyib: “Meydana çıxsam, “Qarabağ”da ilk rəsmi matçım olacaq. Buna görə də, özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Əlbəttə ki, belə oyunda hər kəs qol vurmaq istəyər. Amma əsas komandamızın qələbəsidi”. 

Google+ WhatsApp ok.ru