“Qarabağ” UEFA Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlib

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu mərhələnin 17 cütündən 11-nin qalibi müəyyənləşib.

 

Azərbaycan çempionu “Qarabağ” səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Malta təmsilçisi “Valletta”nı bu dəfə də üstələyib. Qurban Qurbanovun yetirmələri 4 cavabsız qol vurub – 4:0.

 

Bununla da, Azərbaycan klublarının Çempionlar Liqasındakı ən böyük hesablı qələbəsini qazanan Ağdam təmsilçisi rekorda imza atıb. III təsnifat mərhələsinə yüksələn “Qarabağ” Avstriyanın “Zalsburq” klubu ilə görüşəcək. İyulun 29-30-da baş tutmalı olan ilk oyun Bakıda keçiriləcək.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

22 iyul

 

“QARABAĞ” (AZƏRBAYCAN) - “Valletta” (Malta) - 4:0

İlk oyun - 1:0

Qollar: Reynaldo, 15; Çumbinyo, 48; Danilo Dias, 56;  Leroy Corc, 80

“Sutyeska” (Monteneqro) - “Şerif” (Moldova) - 0:3

İlk oyun - 0:2

“Levadiya” (Estoniya) - “Sparta” (Çexiya) - 1:1

İlk oyun - 0:7 

"Düdelanj" (Lüksemburq) -  “Ludoqorets” (Bolqarıstan) - 1:1

İlk oyun - 0:4

“Makkabi” (Təl-Əviv, İsrail) - “Santa Koloma” (Andorra) - 2:0

İlk oyun – 1:0

TNS (Uels) - “Slovan” (Slovakiya) - 0:2

İlk oyun – 0:1

“Skenderbeu” (Albaniya) - BATE (Belarus) - 1:1

İlk oyun - 0:0

“HB Torshavn” (Farer adaları) - “Partizan” (Serbiya) - 1:3

İlk oyun - 0:3

“Jalgiris” (Litva) - “Dinamo” (Xorvatiya) - 0:2

İlk oyun – 0:2

“Debretsen” (Macarıstan) - “Kliftonvill” (Şimali İrlandiya) -2:0

İlk oyun - 0:0

“Seltik” (Şotlandiya) - “Reykyavik” (İslandiya) - 4:0

İlk oyun - 1:0

Google+ WhatsApp ok.ru