“ Facebook”un təmiz gəliri 138% artıb

 

2014-cü ilin ikinci rübündə “facebook” sosial şəbəkəsinin mənfəəti 2013-cü illə müqayisədə 138% artaraq 791 milyon dollara çatıb. Şirkətin iyulun 23-də yaydığı hesabatında belə deyilir.

Maide.az-ın “Media forum” saytına istinadən məlumatına görə, “Facebook”un rəhbəri Mark Suxerberq ikinci rübün şirkət üçün çox uğurlu olduğunu deyib: “Sıralarımız genişlənir və qalan insanların da bizə qoşulması üçün böyük imkanların olduğunu görürük”.

“Facebook”un hesabat dövrü üçün ümumi gəliri 2 milyard 910 milyon dollara qədər artıb. Bu gəlirin 62%-ni sosial şəbəkənin smartfon və planşetlər üçün yüklənmiş proqramlarında yerləşdirilən reklamlardan gələn ödəmələr təşkil edir. Ötən illə müqayisədə reklamdan gələn gəlir 67% artaraq 2 milyard 680 milyon dollar təşkil edib.

“ Facebook” səhifəsinə heç olmasa ayda bir dəfə girən insanların sayı da ötən illə müqayisədə 14% artaraq 1 milyard 320 milyona çatıb. Mobil telefonlardan “ facebook” proqramına girən insanların ümumi sayı 1 milyardı keçib.

Sosial şəbəkə bu ilin fevralında 10 yaşını qeyd edib. /
 

 

Google+ WhatsApp ok.ru