“20 Yanvar” keçidindəki obyektlərin sökülməsinə start verilir

 

Bakı Metropolitetinin “20 Yanvar” stansiyasının keçidindəki ticarət obyektləri yığışdırılacaq

Maide.az-ın məlumatına görə, obyektlərin sökülməsi prosesinə avqustun 1-dən start veriləcək. Hələlik orda çalışanların aqibətinin necə olacağı məlum deyil.

Qeyd edək ki, Zaur Hüseynovun Bakı Metropoliteninə rəis təyin olunmasından sonra “20 Yanvar”dan başqa bütün stansiyaların keçidlərindəki ticarət obyektləri yığışdırılmışdı. Həmin obyektlərdə çalışanların keçirdiyi etiraz aksiyalarından sonra onların bir qismi ayrı-ayrı ticarət mərkəzlərində yerlə təmin olunmuşdular. 
AzNews/

Google+ WhatsApp ok.ru