“Muğanbank”da problemli kreditləri 33% artıb

Bu ilin 1-ci yarısında “Muğanbank”ın vaxtı keçmiş kreditlərinin həcmi 33% artıb. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, 2014-cü ilin ilk 6 ayı ərzində “Muğanbank”ın kredit portfelinin ümumi həcmi 257 milyon 925 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 milyon 701 min manat və yaxud 16% çoxdur.
 
Bankın problemli kreditləri 12 milyon 836 min manat 2013-cü illə müqayisədə vaxtı keçmiş kreditlərin məbləği 3 milyon 186 min manat manat və ya 33% artıqdır. Bununla yanaşı, qeyd edək ki, "Muğanbank"ın problemli kreditləri ümumi kredit portfelinin cəmi 5%-i qədər olub. Bu isə ölkə üzrə orta göstəricidən (5,5%) aşağıdır.

Google+ WhatsApp ok.ru