“Sərhədsiz həkimlər” təşkilatı Mərkəzi Afrika müsəlmanlarının vəziyyətindən narahatdır

“Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatı ,Mərkəzi Afrika müsəlmanlarının vəziyyəti ilə bağlı narahatlığını bildirib.

Maide.az-ın Africatime saytına istinadən məlumatına görə, “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatı elan edib: Mərkəzi Afrikanın didərgin düşmüş minlərlə müsəlmanının vəziyyəti mühacirətdən əvvəl və sonra faciəvi vəziyyətdədir.

Bu məlumata əsasən həmin didərginlər Mərkəzi Afrika paytaxtı Bangi şəhərində baş verən qarşıdurmalar nəticəsində qaçqın düşmüş mülki əhalidən ibarətdir ki, Çad, Kameron və Konqo sərhədlərinə çatmaq üçün neçə ay ağır şərtlər altında yaşayıblar və hal-hazırda onların vəziyyəti acınancaqlıdır. Bu didərginlərin 3-də biri ailə üzvlərindən birini itiriblər.

Mərkəzi Afrika Respublikasının xristianlılardan təşkil edilən “Anti-Balaka” yaraqlıları  2013-cü il dekabr ayından müsəlmanlara qarşı zorakılığa başlayıblar. Mərkəzi Afrikanın daxili qarşıdurmaları başlanandan indiyədək, bu ölkə əhalisinin təqribən 25 faizi yəni bir milyon nəfərdən çoxu,didərgin düşüb . Onların çoxu müsəlmandırlar. /

 

Google+ WhatsApp ok.ru