Şəhid olan əsgərin medalı atasına təqdim edilib

Tovuz rayonunun Aşağı Öysüzlü kəndindən şəhid olan əsgərimiz Poladov Vüqar Hidayət oğlu ölümündən sonra təltif olunub. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, o cümlədən hərbiçilər iştirak edib. Son günlər cəbhə xəttində baş verən hadisələrdən danışılıb, bütün təxribatlara baxmayaraq əsgərlərimizin ayıq sayıqlığı və qəhrəmanlığından bəhs edilib. Bildirilib ki, düşmənin bütün cəhdlərinin və hücumlarının qarşısı qətiyyətlə alınır, ordumuz bütün hallarda düşmənə layiqli cavab verir. Müdafiə nazirliyinin nümayəndəsi, general-leytenant Rövşən Əkbərov medalı şəhidin atası Hidayət Poladova təqdim edib.

Google+ WhatsApp ok.ru