Əfqanıstanda Amerika ordusunun generalı öldürülüb

ABŞ ordusunun general-mayoru təlim obyektində yerli sakin tərəfindən güllələnib.
 
 “RİA Novosti” agentliyinin məlumatına görə, bu barədə  New York Times qəzeti Əfqanıstandakı NATO koalisiyasının nümayəndəsinə istinadən məlumat yayıb.  
Qeyd edək ki, həlak olan general-mayor Əfqanıstanda 2001-ci ildən davam edən əməliyyat dövründə öldürülən ən yüksək rütbəli amerikalı hərbçidir.   
Hücumu Əfqanıstanın Milli Ali Hərbi Akademiyasında hərbi geyimli əfqanlı törədib. Pentaqon məlumatı təsdiqləyərək, qeyd edib ki, hücum zamanı 1 amerikalı hərbçi həlak olub, 15 nəfər isə yaralanıb. Pentaqon həlak olan hərbçinin şəxsiyyətini və rütbəsini açıqlamır. 
Əfqanıstan hərbçiləri arasında yaralıların olduğu bildirilir. apa /
 

Google+ WhatsApp ok.ru