Ərdoğanın ilk səfəri Azərbaycana ola bilər

Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan ilk rəsmi səfərini Azərbaycana edə bilər. 
 
Maide.az-ın “CNN-Türk”ə istinadən verdiyi məlumata görə, Ərdoğanın ilk rəsmi səfəri Azərbaycana və ya Şimali Kipr Türk Respublikasına ola bilər. 
 
Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrikində Azərbaycanın dövlət başçısı onu ölkəmizə səfərə dəvət edib. 
 
Ümumiyyətlə Azərbaycan və Türkiyənin dövlət başçıları seçkilərdən sonra ilk rəsmi səfərlərini bir qayda olaraq qardaş ölkəyə gerçəkləşdirirlər.

Google+ WhatsApp ok.ru