Şəmkirdə avtomobilin altında qalan azyaşlı ölüb

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
 
Avqustun 28-də saat 19.00 radələrində Şəmkir rayonunun Keçili kəndi ərazisində kənd sakini Tural Dilənçizadə idarə etdiyi “Toyota” markalı avtomobil ilə həmkəndlisi, azyaşlı Lilpar Abbasovanı vurub.
 
Uşaq hadisə yerində ölüb.
Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Google+ WhatsApp ok.ru