Şəhid anası: “Hələ də onun zəngini gözləyirəm” - VİDEO

Cəlilabad rayonunda şəhidin doğulub boya-başa çatdığı evə hər il olduğu kimi bu il də ölkənin müxtəlif rayonlarından gələnlər var idi. Şəhidin anası Nərgiz Əhmədova hər il bu günü övladının ona cavab zəngi edəcəyi ümidlə gözləyir. Şəhidin əşyaları hətta ən son istifadə etdiyi ətirləri belə otağında olduğu kimi qorunub saxlanır.
 
Qeyd edək ki, Fərid Əhmədov 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da qaytarılıb. 7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunub. Elə həmin gün prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
Allah Rəhmət eləsin! 

Google+ WhatsApp ok.ru