Ərdoğan işdən çıxmaq üçün istefa ərizəsi yazıbmış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 1974-ci ildə işə daxil olduğu İstanbul Elektrik Tramvay və Tunel İşlətmələri idarəsindən istefa ərizəsi yazdığı sənəd ortaya çıxıb. 7 il İETT-də çalışan Ərdoğan işdən çıxmaq üçün istefa ərizəsi yazıb. Ərdoğanın qeyd edilən idarədən istefa vermə səbəbi isə xüsusi sektordan aldığı təklif olub.

15 oktyabr 1975-ci ildə İETT-in heyətinə daxil olmaq üçün imtahan verən Ərdoğan idman bölümündə vəzifələndirilir.

Ərdoğanın formasını geydiyi komanda «Fənərbaxça» ilə yoldaşlıq görüşü keçirir və matçdan 2-1 qalib ayrılır. Bu matçdan sonra «Fənərbaxça» klubu Ərdoğanı transfer etmək üçün hərəkətə keçir, ancaq atası bu istəyə razılıq vermir.

Ərdoğanın 18 iyun 1981-ci il tarixli istefa ərizəsini təqdim edirik:

 

Google+ WhatsApp ok.ru