Əfqanıstanda yeni presidentin and içmə mərasimi keçirilir

Əfqanıstanın yeni prezidenti Dünya bankının keçmiş əməkdaşı - Əfşar Qəni Əhmədzay-ın andiçmə mərasimi bu gün keçiriləcək.

Əhmədzay seçkilərdə 55,27% səs toplayaraq qalib gəlib. 

O bu gün andiçdikdən sonra  rəsmi olaraq president səlahiyətlərini icra etməyə başlayacaq. 

Təntənəli mərasim Kabilda, İslam Respublikası başçısının sarayında keçiriləcək. And içmə mərasimindən sonra Əfşar Qəni ölkə başçısı qismində  baş nazir Abdulla Abdulla və vitse presidentlər Abdul Rəşid, Məhəmməd Sarvan Daneşin yanınnda da and içəcək. And içmə mərasimi ilə əlaqədar Əfqanıstanda qeyri-iş günü elan edilib. Kabildə təhlükəsizlik tədbirləri gücləndirilib. 

" Biz çoxlu sayda xarici qonaqları gözləyirik, əfqanıstan siyasətçilərini,ictimai və din xadimlərini" - Əfqanıstan hökuməti Katibliyinin nümayəndəsi Cavad Naji deyə bildirib. Təhlükəsizliyi qorumaq üçün, qonaqlar dəqiq sayı açıqlanmır. /

 

Google+ WhatsApp ok.ru