Ərəb Birliyindən ABŞ-a sərt reaksiya

Ərəb Birliyi Fələstin rəhbəri Mahmud Abbasın BMT-dəki çıxışına ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Jan Psakinin açıqlamasına sərt reaksiya verib.
 
Ərəb Birliyinin baş katibi Nebil Əl-Ərabinin Fələstinin köməkçisi Məhəmməd Sabih mətbuata açıqlamasında, "ABŞ-ın Fələstin rəhbəri Mahmud Abbasın çıxışına göstərdiyi reaksiyaya görə, təəssüfləndik", - deyib. Maide.az-ın məlumatına görə, ABŞ-dan Fələstin məsələsində mövqeyini yenidən nəzərdən keçirməsini istəyən Sabih, "Hörmətli Abbas sülh adamıdır, sülhdən və iki dövlətli həlldən bəhs edib. İllərlə İsrail ilə müzakirələr apardı və bu səbəbdən Fələstin daxilində tənqidlərə məruz qaldı. BMT-də çıxış üçün gedikdə də Ərəb Sülh Planına istinadən iki dövlətli həlli izah etmək üçün əlindən gələni etdi", - deyə danışıb.
 
Müzakirələr zamanı yəhudi məskunlaşma ərazilərinin demək olar ki, altı dəfə artdığına işarə vuran Sabih, Qüdsdə dağıntı və məskunlaşma vahidi inşası siyasətinin davam etdiyini, uşaqların öldürüldüyünü, Qəzzanın isə İsrailin təşkil etdiyi üç dağıdıcı hücuma məruz qaldığını deyib. "Bütün bunlara baxmayaraq, Abbas müzakirələrə getməkdə israrlı oldu", - söyləyən Sabih, Abbasın BMT-də etdiyi çıxış ilə bütün fələstinlilərin və ərəblərin fikirini dilə gətirdiyini bildirib.

Google+ WhatsApp ok.ru