Ərəb xarici işlər nazirlərinin gizlicə İsraillə görüşdüyü ortaya çıxdı

Yəhudi dilində yayımlanan "Walla" xəbər saytı ötən şənbə gecəsi sionist rejimin Ədliyyə naziri və Fələstinlilərlə müzakirə məsələsində məsul olan nazir Tzipi Livninin Klinton ailəsinin dəvətiylə Nyu Yorkda mətbuata qapalı şam yeməyi dəvətinə qatıldığını, bu yeməyə ayrıca çoxlu sayda Ərəb nazir və səlahiyyətlinin də iştirak etdiyini yazıb.
 
Maide.az-ın məlumatına görə, sionist rejimin Ədliyyə Nazirliyi bu barədə heç bir açıqama verməyib. Necə ki, görüşə qatılan diplomatlar da rəsmi bir açıqlama verməyi rədd ediblər. Ərərbistanın keçmiş kəşfiyyat naziri Turki Feysəl əslində Səud rejimi adına hər hansı bir diplomatik sifətə sahib olmamaqla birlikdə, toplantının əsas simalarından biri olub. Bu o şəxsdir ki, keçən il mart ayında Almaniyada təşkil edilən 50-ci Münhen Təhlükəsizlik Konfransında Tzipi Livnini tərifləmişdi. "Walla"dakı xəbərə görə, toplantıya qatılanlar arasında Ərəb Birliyinin baş katibi Nəbil əl-Ərəbi, Livan xarici işlər naziri Cubran Basil, Misir xarici işlər naziri Samih Şükri, İordaniya xarici işlər naziri Nasir Cövdət, Küveyt xarici işlər naziri Xalid əs-Sabah, BƏƏ xarici işlər naziri Abdullah bin Zayid və Səud Şahzadəsi Turki Feysəl olub.
 
Qəzetin yazdığına görə, toplantının əsas müzakirə mövzusu Yaxın Şərqdə son zamanlar baş verən hadisələr olub. 

Google+ WhatsApp ok.ru