Ərdoğan iPhone 6-nı tənqid etdi

Türkiyə Presidenti Rəcəb Tayyib Ərdoğan Apple şirkətinin məhsulu olan iPhone 6 ətrafında dolaşan səs-küyü anlamadığını bildirib.

Maide.az-ın France-Pressə istinadən məlumatına görə, President qeyd edib ki, BMT-nin General Assambleyası keçirilən zaman Nyu-Yorkda olarkən Apple dükanlarının qarşısında geniş izdihamların şahidi olub. 

" Bu brend demək olar ki, hər il yeni model istehsal edir. Əslinə qaldıqda isə bu iPhone 6 keçən ilki modeldən elə də fərqlənmir. İnsanlar mobil telefon yox, brend olduğu üçün onu alırlar ", deyə Ərdoğan bildirib. 

Maraqlısı odur ki, ilk 3 günündə 10 milyon smartfon iPhpone 6 və Phone 6 plus satılıb. //

 

Google+ WhatsApp ok.ru