Şəkidə yenidən zəlzələ olub

Maide.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 4-də, yerli vaxtla saat 05:25-də Şəkidən 6 km şimali-şərqdə zəlzələ qeydə alınıb.

 

Zəlzələ 3 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.

 

Qeyd edək ki, bu, son sutka ərzində Şəkidə qeydə alınan üçüncü seysmik hadisədir. /

Google+ WhatsApp ok.ru