Əmr be-məruf edərkən insanların şəxsiyyəti qorunmalıdır

Ayətullah Ayətullah Cəfər Sübhani əmr be məruf və nəhy əz münkər barədə danışarkən bildirib ki, insanların şəxsiyyət və xasiyyətlərinin də qorunması lazımdır.
 
Maide.az-ın məlumatına görə, Ayətullah, "insanların arasında nəsihət verməyin qınamaq olduğunu" ifadə edən bir hədisi barədə belə danışıb: Məhərrəm ayında və digər zamanlarda minbərə çıxıb danışan şəxslərin bu nöqtəyə çox diqqət yetirməsi lazımdır və xitab etdiyi şəxsləri incitməməlidir: "Əmr-be məruf və nəhyi münkər vacibdir, amma insanların qürur və şəxsiyyətini qorumaq da vacibdir. Bu səbəbdən fərzi yerinə yetirərkən, şəxslərin şərəfi də qorunmalıdır.
Bir hədis və rəvayəti insanları ifratçılığa istiqamətləndirən formada bəyan edən xətibi, çıxışı bitdikdən sonra bir kənara çəkib belə deyə bilərsiniz: Bağışlayın, bu hədis fikirlərimi qarışdırdı. Mümkündürsə, təkrar edə bilərsinizmi ki, mənasını təkrar nəzərdən keçirək. Bu formada o xətibin heysiyyətini qorumuş olarsınız. Əhli-Beytin (ə) həyatı bizim üçün nümunə olmalıdır. Bizim din öndərlərimiz 14 əsr əvvəl ən incə məqamları bizə bəyan ediblər."

Google+ WhatsApp ok.ru