Şəhidimiz torpağa tapşırıldı - FOTOLAR

Ötən gün cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, kiçik çavuş 24 yaşlı Tural Əhmədovun dəfn mərasimi keçirilir. 
 
Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin yaxınları, o cümlədən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqif Məmmədov iştirak edib. 
 
Şəhidin təhsil aldığı 118 saylı məcburi köçkün məktəbində də vida mərasimi keçirilib. Onun cənazəsi orta məktəbə gətirilib. Şəhidlə vida mərasimində böyük izdiham yaşanır.
 
Qeyd edək ki, şəhid cənazə namazı qılındıqdan sonra Ağdamın Dörd yol adlanan qəsəbəsində dəfn ediləcək.
 
 
 
 

Google+ WhatsApp ok.ru