Əzadarlıq bayrağı İmam Rza(ə) ziyarətgahının günbəzində dalğalandı

Bu gün səhər zihhəccə ayının 30-da sabahdan məhərrəm ayının başlanması münasibəti , İmam Rza(ə) məqbərəsinin bayrağı dəyişdirilib və onun yerinə qara bayraq vurulub.
Maide.az-ın məlumatına görə, bu bayraq rəbiuləvvəl ayının üçünə, İmamRza(ə)-ın şəhadətinin ildönümü günündən üç gün sonrayadək İmam Rza (ə) hərəminin üzərində dalğalanacaq.

Bu mərasim şəhidlər sərkərdəsinin matəminin elanı kimi Həzrət İmam Rza(ə) zəvvarları və məqbərə ətrafındakı sakinlərin iştirakı ilə bu ziyarətgahda keçirilib. Mərasim boyu mərsiyyələr oxunub.
Məlumata asasən, Məhərrəm ayının birinci günündə sübh çağı İmam Rza (ə) hərəminin xidmətçiləri Darulhikmə rivaqına toplaşacaqlar və xüsusi mərasim keçirməklə İmam Hüseyn (ə) əzadarlıq ayının başlanmasını elan edəcəklər.   /

 

Google+ WhatsApp ok.ru