“Apple” şirkəti məhsullarını İran bazarına çıxarır

ABŞ hökumətinin may ayında rabitə texnologiyaların mülki şəxslərə satılması ilə bağlı sanksiyalarının götürülməsindən sonra “Apple” şirkəti İran bazarına girmək niyyətindədir. 
 
Bu barədə “The Wall Street Journal” məlumat yayıb. “Aplle” bildirib ki, İranda rəsmi nümayəndəliyini açmasa da bu ölkədə yerləşən mötəbər nümayəndəlikləri vasitəsilə məhsullarının satışını təmin etmək istəyir və bu istiqamətdə danışıqlar aparır.
 
Qeyd edək ki, bundan öncə ABŞ-ın “Boeing” şirkəti də İrana qeyri-hərbi təyyarələrin təhlükəsizliyini təmin edən avadanlıqların satılması ilə bağlı hərəkətə keçdiyini demişdi. Bundan başqa İran və “Altılıq” arasında müvəqqəti nüvə anlaşmasından sonra Qərb dünyasının bir çox enerji  və sənaye şirkətləri də İran bazarına daxil olmağa başlayıblar.

Google+ WhatsApp ok.ru