“Məhbusun xəstəliyi təsdiqlənsə də pensiyasını ala bilmir”

Vəkil məhbusların vəziyyəti ilə bağlı Birgə Qrupa müraciət edəcək

Vəkil Anar Qasımlı Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sabiq sədri, vicdan məhbusu Rufulla Axundzadə ilə görüşüb. Maide.az-ın "İslaminsesi"nə istinadən verdiyi məlumata görə, Anar Qasımlı bildirib ki, müvəkkilinin müalicəsi davam edir, səhhəti ilə bağlı ağır durumu tədricən düzəlir: “Rufulla Axundzadəyə bir neçə ildir ki, sağlamlıq durumuna görə pensiya kəsilir. Qaydalara əsasən, bu il yenidən tibbi müayinədən keçib. Xəstəliyi təsdiqlənsə də, pensiyasını ala bilmir. Eyni zamanda,ona ailəsi ilə 3 günlük görüş müddəti də verilmir. Səbəb kimi belə deyirlər ki, məhbus xəstə olduğu müddətdə aylıq limit bütünlüklə istifadə olunub.
 
Firdovsi Məmmədrzayev isə gözündəki problemlərdən şikayətlənir, tibbi müayinəyə ehtiyacı var. Mən hər iki məhbusun şikayətləri ilə bağlı İnsan Hüquqları üzrə Birgə Qrupa müraciət edəcəm.”
 
Qeyd edək ki, İnsan Hüquqları üzrə Birgə Qrup 2014-cü ilin oktyabr ayında yaradılıb. Qrupda hökumət, parlament nümayəndələri, QHT təmsilçiləri və hüquq müdafiəçiləri təmsil olunurlar. Birgə Qrupun yaradılmasında məqsəd məhbuslarla bağlı məsələləri müzakirə edərək problemlərin həlli üçün tövsiyələr verməkdir.

Google+ WhatsApp ok.ru