“WhatsApp”ın sərf etməyən yeniliyindən necə qurtulaq?

“WhatsApp”ın mesajların oxunduğunu bildirməklə bağlı yeni funksiyası proqramın istifadəçilərinin çoxunu pis vəziyyətə salıb. 

Son bir neçə gündə bir çox “WhatsApp” istifadəçisi bu funksiyadan narahat olub. Çünki daha əvvəl yazılan mesajı oxuyub cavab yazmasalar da, qarşı tərəf bunu bilmədiyindən heç bir problem yaşanmırdı, ancaq indi mesajı oxuyub cavab yazmamaq nəticəsində nələr olacağını bir düşünün... 

Əlbəttə, “WhatsApp”ın bu yeni xüsusiyyətindən xilas olma şansınız da var. Necə?

Bunun üçün həm “Android”, həm də İOS proqramlı “iPhone”larınızı “Təyyarə” rejiminə (Airplane, Uçak Mode) salaraq və ya interneti tamamən kəsərək həmin mesajı oxuya bilərsiniz. Daha sonra isə mesajı silərək rejimi dəyişdirin. Yəni internet olmadan mesajınızı sildiyiniz üçün “WhatsApp” bunu anlamayacaq və qarşı tərəf də “mavi işarə”ni görməyəcək.ailem.az /

Google+ WhatsApp ok.ru