“Azərbaycan üçün belə davam edə bilməz”

İnsan Haqları Təşkilatları Koalisiyası olan Vətəndaş Həmrəyliyi Platforması Azərbaycanı siyasi məhbusları azadlığa buraxmağa çağırır. Platformanın noyabrın 11-də yaydığı pres-relizdə belə deyilir. 
 
Qurum bildirir ki, bu həftə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində altı aylıq sədrliyi başa çatır.
 
“Bu müddət ərzində Azərbaycan vətəndaş cəmiyyətinə görünməmiş təzyiqlər başladıb – hüquq müdafiəçilərini və hökuməti tənqid edən siyasi fəalları həbs edib. Vətəndaş Həmrəyliyi Platforması və digər QHT-lər Avropa Şurasını  bu hərəkətlərini düzəltmək üçün Azərbaycana real təzyiq göstərməyə və əsaslandırılmamış ittihamlarla həbs olunanları azadlığa buraxmağa səsləyir”.
 
Bəyanatda daha sonra bildirilir ki, Avropa Şurasının baş katibi Thorbjørn Jagland və qurumun demokratik üzvləri Azərbaycanla qarşı dayanmalı və ölkədəki təzyiqlərə cavab olaraq cəza tədbirləri barədə düşünməlidir. Bu günədək Avropa Şurası yalnız qınayıcı bəyanatlarla kifayətlənib. Azərbaycanın hərəkətləri Avropa institutları və dəyərlərinə hücumdur və diqqətdən kənar qalmamalıdır.
 
Qurum Azərbaycanın sədrliyi dövründə, mayın 14-dən noyabrın 13-dək həbs olunanların – hüquq müdafiəçiləri Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin adlarını da sadalayır.
 
Vətəndaş Həmrəyliyi Platforması “Azərbaycan üçün belə davam edə bilməz” adlı film də hazırlayıb. 

 

Google+ WhatsApp ok.ru