Ərdoğan : Müsəlmanlar Amerikanı Kolumbdan 3 əsrdən daha öncə kəşf ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Latın Amerika islam liderlərinin birinci konfransında bildirib ki, Amerikanı Kolumb yox, müsəlman səyyahları kəşf edib.

Maide.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ərdoğan deyib ki, Latın Amerika əhalisinin bir qismi 8 əsrdən artıqdır ki, müsəlman mədəniyyətindən xəbərdardır. 

"Latın Amerika və İslam arasında əlaqələr hələ 12-ci əsrdən başlayıb. Kolumb yox, müsəlmanlar  1178-ci ildə Amerikanı kəşf ediblər. İspaniyalı səyyah öz qeydlərində yazır ki, Kuba da məscid görüb " - deyə Ərdoğan iddia edib. 
Türkiyə prezidenti onu da əlavə edib ki, yerli hakimiyyət etiraz etməzsə,ada da yeni məscidin inşasına maliyyə dəstəyi edə bilər. 
Amerikanın kəşf olunma tarixi 12 oktayb 1492-ci il hesab olunur. Xristofor Kolumbun rəhbərliyi ilə dörd ekspedisiya Hindistana qısa ticarət yolunun axtarış niyyəti ilə səyahətə çıxıb. Şimali və Cənubi Amerikaya çatan ilk tarixi şəxslər Asiyadan gəlib. Hesab olunur ki, onlar Berinq boğazından 15 min il öncə keçiblər. 
Amerikaya Avropadan gələn  insanlara gəldikdə isə, hesab olunur ki, Kolumbdan 500 il əvvəl Şimali Amerikaya skandinaviyalı səyyahlar səfər edib. // 
 
 

Google+ WhatsApp ok.ru