Əsəd Hələbdə işi bitirmək üzrədir

Suriyanın ikinci böyük şəhəri Hələbdə hakimiyyət gücləri ilə üsyançılar arasında şiddətli qarşıdurmalar yaşanır. Azad Suriya Ordusu rəhbərləri Camal Mərufun Türkiyəyə qaçması da üsyançılar üçün Hələbdə işlərin tərs getdiyini nümayiş etdirir. Maide.az xəbər verir ki, Suriya təhlükəsizlik mənbələrinə görə Hələbdəki əməliyyatlara şəxsən prezident Bəşşar Əsəd rəhbərlik edir. Əsədin Hələb və ətrafı silahlı qruplardan təmizlənmədikcə,  Dəməşqə qayıtmayacağını bildirən təhlükəsizlik mənbələri, Hələbdəki qiyamçıların tamamilə təmizlənməsi üçün İdlib və Deyr Əz-Zordan bölgəyə çoxlu sayda yeni qüvvələr sövq edildiyini deyiblər.
 
Bu arada isə Türkiyənin baş nazir Əhməd Davudoğlu bir daha Hələbin üsyançılardan təmizlənməsi halında təxminən 2 milyon qaçqının Türkiyəyə köç edəcəyini iddia edərək, Suriyaya hərbi müdaxilə edilməsi lazım olduğunu işarə vurub. Ancaq Davudoğlunun bu iddiası həqiqəti əks etdirmir. Çünki Dəməşq üsyanın əvvəlindən bəri Əsəd qüvvələrinin nəzarəti altındadır və paytaxtda həyat normal axarında davam edir, köç edən də yoxdur.

Google+ WhatsApp ok.ru