“Qaraların da canınn dəyəri var!”-şuarı ilə ABŞ-ın 120 nöqtəsində aksiya

Ferguson şəhəri Maykl Braunun məhkəmə işi barədə hökmun oxunmasından sonra ikinci gecə dalbadal geniş aksiyaların şahidi olub və anti-aparteid aksiyaları Amerikanın digər şəhərlərinə də yayılıbdır.
 
Münsiflər heyətinin qaradərili müdafiəsiz yeniyetmə Maykl Braunu qətlə yetirmiş ağdərili Ferguson polis zabiti Daren Vilsonun günahkar olmadığını elan etməsindən sonra bir qrup əhali Ferguson küçələrində aksiya keçirib.
 
Şahidlər, həmçinin ekspertiza göstərir ki, on səkkiz yaşlı Maykl Braun elə bir halda həmin ağdərili zabitin altı gülləsinə tuş gəlibdir ki, onun yanında heç bir silah olmayıb və o, polis üçün heç bir təhdid hesab olunmurdu və heç bir pis keçmişə də malik deyildi.
 
Amerikanın Ferguson şəhərində qaradərili yeniyetmənin qatilinə bəraət qazandırılması ilə etirazçılar bu şəhərdə və şəhər ətrafındakı on iki binanı yandırıblar.
Maykl Braunun qətli ilə bağlı iş barədə məhkəmə hökmünə etiraz edənlər çərşənbə axşamı günü bir daha küçələrə çıxaraq, məhkəmə hökmünün yenidən nəzərdən keçirilməsini istəyiblər. Aksiyaların iştirakçıları polisin aparteidinə qarşı şüarlar veriblər və onların plakatlarının üzərlərində “Qaraların da canınn dəyəri var!” və “Aparteidə son qoyun!” şüarları nəzərə çarpırdı.
 
MSNBC telekanalı xəbər verib ki, ötən ikigünkü etirazlar zamanı azı altmış bir nəfər həbs olunub və bu şəhərdə iyirmi dəfədən çox atəş açılıbdır.
Missuri ştatının valisi Cey Nikson çərşənbə axşamı günü bildirib ki, Fergusonda etirazların artmasına görə, bu şəhərdə milli qvardiya qüvvələrinin sayı 700-dən 2200-dək çatdırılıb.
 
CNN kanalı da xəbər verib ki, Braunun qətlinə və Vilsonun bəraət qazanmasına etiraz edənlər çərşənbə axşamı Amerikanın 35 ştatındakı 120 nöqtədə aksiya keçiriblər.
 
Ötən əsrin altmışıncı onilliyində başlanmış Amerika vətəndaş hüquqları hərəkatından qırx il ötsə də Maykl Braunun qətli hazırda ABŞ polisinin bu ölkədəki qaradərililərlə rəftar tərzi barədə bəhsi qızışdırıb və hamının diqqətini Fergusonda və Amerikanın digər məntəqələrindəki uzun keçmişə malik irqi çəkişmələrə cəlb edibdir.
 
Statistikalar göstərir ki, orta hesabla iki gündən bir bir amerikalı qaradərili polisin atəşi nəticəsində öldürülür.

Google+ WhatsApp ok.ru