Şəhid ailəsinin 1400 manatı mənimsənilib

Şəhid ailəsi aldığı müavinətin bankomatdan çıxarılaraq oğurlandığını iddia edir. 
 
Ucar rayonu Bağman kənd sakini, şəhid ailəsi Kərimova Gülabatın Müseyib qızı  bildirib ki, Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariel Niftəliyev kartların kodunu dəyişmək bəhanəsi ilə kartını alıb və hesabdakı 1400 manatı mənimsəyib:                                                                                                                   
"Həyat yoldaşım  20 vprel 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid ailəsi olduğumuz üçün hər ay bizə qanunda nəzərdə tutulmuş qaydada  200 manat müavinət verilir. Həmin müavinəti Ucar rayonunun mərkəzində yerləşən Beynəlxalq Bankın Ucar rayon filialından bankomatdan götürürdüm.Bu ilin may ayı tarixindən müavinətimi götürmədim ki, yığılsın, ilin sonunda götürüb oğluma toy edərəm. 
 
Noyabr ayının əvvəlində məni Beynəlxalq Bankın Ucar rayon filialının  müdiri Tariel Niftəliyev çağırıb dedi ki, kodlar qarışıb, buna görə bankomat kartları dəyişdirilir, mənə ərizə yazdırdı və  bankomat kartımı məndən aldı.
 
23 Noyabr 2014- cü il tarixdə çağırıb kartımı özümə verdi. Kartı bankomata salıb yoxladıqda məlum oldu ki, may ayından yığılmış 1400 manat pulumu çıxarıb götürüblər. Həmçinin yoxlayanda o da məlum oldu ki, həmin kartda heç bir kod dəyişikliyi olmayıb.
 
Məsələni Tariyel Niftəliyevə bildirdikdə isə dedi ki, biz pul götürməmişik, hətta utanmadan, həyasızcasına qışqırdı. 
 
Bu cinayət əməlidir. Bunu Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Niftəliyev edib və utanmadan qışqırıb məni borclu , özünü isə haqlı çıxarır". 
 
Güləbatın Kərimova bildirib ki, bu barədə prezidentə, Mehriban Əliyevaya, baş prokurora da müraciət edib:
 
"Mən bu barədə artıq prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya , baş prokuror cənab Zakir Qaralova , Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm.İnanıram ki, bu cinayət faktı obyektiv araşdırılıb qanunu tədbir görüləcək.
 
Beynəlxalq Bankın Ucar filialının müdirinin bu hərəkətləri bizim ailəni çox sarsıtdı.Çünki biz boğazımızdan kəsib bu pulu toplamışdıq ki, şəhidin yeganə övladına toy edim. Ancaq Tariyel Niftəliyevin fırıldaq əməli bizim ailənin arzusunu gözündə qoydu.
 
Mənim həyat yoldaşım Sahib Kərimov vətən, torpaq uğrunda şəhid olub. Buna görə biz fəxr edirik, vətənin başı sağ olsun. Ancaq şəhid ailəsinə qarşı edilən bu özbaşınalıq, soyğunçuluq və quldurluqdurdur.  
 
Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə , Mehriban xanım Əliyevaya və digər aidiyatı orqan rəhbərlərinə müraciət edib xahiş edirəm bu cinayət faktını obyektiv araşdırıb ciddi tədbirlər görsünlər". 

Google+ WhatsApp ok.ru