`Əhli Beyt (ə) sevərlərin ərbəin yürüşü müsəlmanların İmam Hüseyn(ə)-ın nurlu yolunun müdafiəsində böyük konqresidir`

Ayətullah Safi Qulpayiqani  Hüseyn (ə) ərbəin yürüşünü müsəlmanların İmam Hüseyn(ə)-ın nurlu yolunun müdafiəsi istiqamətində böyük konqresi adlandırıb.
 
Maide.az-ın məlumatına görə, Ayətullah Lütfüllah Safi Qulpayiqani  Hüseyn (ə) ərbəini ərəfəsində İraqın böyük və şücaətli xalqına və Əhli-Beyt (ə) sevərlər  və mömin şiələrinə müraciət edib. "Sizin piyada  şərq və qərbdən, yaxın və uzaqdan müqəddəs Kərbəlaya doğru milyonluq yürüşünüz böyük bir konqres olaraq, dünyaya bildirir ki, Hüseyn(ə)-ın yolu və hədəfləri ölməz və unudulmazdır."
Ayətullah Safi Qulpayiqani deyib ki, ərbəin günü izzət və başıucalıq, həmçinin Quran ümmətinin müqavimətinin təzahürüdür. "Ərbəin günü  köləlik, cahillik və azğınlığın pislənilməsi günüdür. Siz bu böyük gündə öz şücaətli addımlarınızla yaşayan insan vicdanını, imanı və haqqı müdafiə edirsiniz.   Sizlər Seyyidulşuhəda(ə)-ın müraciətini dünyaya çatdırır, istibdadı və zülmkar hökmranları, həmçinin əcnəbilərin muzdurlarını pisləyir və zamanın yezidləri, ibn ziyadları və zalım tiranlarına etiraz edirsiniz."
 
Ayətullah Safi-Qulpayiqani Hüseyn(ə) ərbəini yürüşünün iştirakçılarına xitab edib və deyib ki, siz özünüzün vilayət və islami vəzifənizə əməl etmək ləyaqətini tapmısız. "Kaş, sizinlə yanaşı və “Ya, Hüseyn!” şüarı ilə bu mübarək, əziz və müqəddəs addımları atmaq və sizin şərəfli addımlarınızın tozunu gözlərimə sürtmək iftixarına malik olaydım." /
 

Google+ WhatsApp ok.ru