`Ərbəin yürüşü islam düşmənlərinin ürəyinə qorxu salır`

Təqlid mərcələrindən olan Ayətullah Nasir Məkarim Şirazi Əhli-Beyt (ə) ziyarətgahlarında iştirakın və  Ərbəin günlərində yürüşün düşmənləri qorxuya saldığını bildirib. "Düşmənlər Kərbəla yürüşündə insanların böyük toplusunu gördükdə ürəklərinə qorxu düşür."
Maide.az-ın İran Mediasına istinadən məlumatına görə, Ayətullah N.Məkarim Şirazi islam ümməti və müsəlmanlar arasında İmam Hüseyn (ə) əzadarlarının ərbəin yürüşünün əhəmiyyəti və təsirindən danışıb. " İmam Hüseyn (ə) ziyarətgahına doğru ərbəin yürüşü Hüseyn (ə) mərasiminin əzəmətli şəkildə keçirilməsinə səbəb olur. Nəcəf, Hillə, Bağdad və digər yerlərdən Əba Əbdillah Hüseyn (ə)  ərbəinində Şəhidlər Sərvərinin vurğunları və aşiqlərinin Kərbəlaya doğru piyada hərəkəti və çoxlu sayda insanın da yollarda onlara xidmətlər göstərməsi hər kəsi şiələr arasında İmam Hüseynin (ə) ali yeri ilə tanış edir." 
Dünya şiələrinin 3-cü İmamı Həzrət Seyidül-Şuhəda (ə)-ın ərbəin günü mərasimdə hər il milyonlarla əzadar əzadarlıq edir. 
Qeyd edək ki, Kərbəla şəhəri Turizm Komitəsinin başçısı Casim əl-Maliki demişdi ki,  bu ilki Ərbəin mərasimi üçün 17 milyona yaxın ziyarətçinin bu şəhərə gəlməsini gözləyirik. /  
 

 

Google+ WhatsApp ok.ru