`Əgər şiələrin ciddi-cəhdi olmasaydı, Kərbəla, Nəcəf və Bağdad qalmazdı`

Təkfirçi qrupların və İŞİD-in problemi, dinidir və özlərindən başqa hamını kafir və öldürülməsini zəruri bilirlər. Bunu İslam İnqilabının rəhbəri,Ali Lider Ayətullah Xameneinin  ofisinin sədri Məhəmməd Məhəmmədi Qulpayqani deyib. 

Maide.az-ın İRNA-ya istinadən məlumatına görə, M.Məhəmmədi Qulpayqani ötən gün Həzrət Əhməd ibn Musa Şahçeraq(ə)-ın pak ziyarətgahında Hüseyn(ə) əzadarları qarşısında çıxışı zamanı deyib ki, İndiyədək müsəlmanlar qarşısında təkfirçi qruplar və İŞİD kimi xəyanətkar bir cəmiyyət mövcud olmayıbdır. "İŞİD və təkfirçi qruplar bu qənaətdədirlər ki, Əbu Bəkr Əl-Bağdadinin xilafəti və hökumətini qəbul edən islami şəhərlər Darulislam, yerdə qalanları isə Darulküfrdürlər və onların canları, malları və namuslarına təcavüzün problemi yoxdur."
M.Məhəmmədi Qulpayiqani deyib ki, Əgər şiələrin və Hüseyn(ə) məktəbinin davamçılarının yüksək ciddi-cəhdi və müqaviməti, eləcə də ayətullah Sistaninin cihadi-kifayi fitvası və İraqdakı iranlı qüvvələrin təşkilatlandırılması və təlimi olmasaydı, bu gün Nəcəf, Kərbəla və Bağdaddan  əsər-əlamət qalmazdı".
O əlavə edib ki, Suriyada da vəziyyət belədir və əgər Suriya dəstəklənməsəydi, bu gün İraq da itirilərdi./
 

Google+ WhatsApp ok.ru