“Bloomberg” mütəxəssisləri yeni həyəcan təbili çalır

Bu gün Brent markalı neftin barrelinin qiyməti 60 dollardan aşağı düşüb. 
 
Bu, 2009-cu ildən bu yana ən aşağı qiymətdir. Həmçinin Amerikanın WTI neftinin qiyməti öz növbəsində barrel üzrə 55 dollara düşüb.
 
Brent neftinin barrelinin qiyməti bu ilin iyun ayında 115 dollar olub və keçən müddət ərzində 47% faiz ucuzlaşıb. 
 
Bu gün “Bloomberg” tərəfindən fikri soruşulmuş 14 ekspert bildirib ki, neftin barreli 50 dollardan aşağı qiymətə düşəcək. Neftin qiymətinin düşməsi Rusiya rublunun daha sürətlə ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar təxminən 67 rubla bərabərdir. Bir neçə ay qabaq isə 1 dollar 34 rubl idi. 

Google+ WhatsApp ok.ru