“AZƏRBAYCANDA “HALAL” SDANDARTLAR YALNIZ KAĞIZ ÜZƏRİNDƏDİR”

Azərbaycanda “Halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Bu sədəcə rəsmən təsdiqlənmiş bir faktdır. Əslində isə biz artıq çoxdandır ki, yeyib-içdiyimiz, qəbul etdiyimiz qidaların tərkibindən xəbərsizik. Ekspertlərə görə, son illlər ölkə daxilində müxtəlif xəstəliklərin yayılmasında, hər 5 adamdan birinin hansısa xəstəlikdən şikayət etməsində bu amilin rolu yüksəkdir. Qeyd etmək yerinə düşər ki, qiyamət əlamətlərindən biri məhz qidalarla bağlıdır: “Elə bir dövr gələcək ki, insanlar yediklərinin haram və ya halal olduğunu bilməyəcəklər”.

İslaminsesi.org-un əməkdaşının bu məsələ ilə bağlı suallarını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırır:

-Azərbaycanda “halal” markalı kolbasaların tərkibində donuz əti və piyinin tapılması ölkədə ishehlakçı hüquqlarının kobud şəkildə pozulmasından xəbər verir. Əslində bu vəziyyət uzun illərdir davam edir və problem həllini tapmır.  Sizcə dövlətin müvafiq qurumları bunun qarşısını niyə almır, niyə görə istehlakçı haqları qorunmur?

-Bunun səbəblərindən biri budur ki, mən yaxşı isləmirəm. Bunun özünün də müxtəlif səbəbləri var. İkinci amil ondan ibarətdir ki, ölkədə və cəmiyyətdə problemlər olanda onun kökünü qanunlarda axtarırlar. Çünki cəmiyyəti qanunlar idarə edir.

Azərbaycanda istehlakçı hüquqlarının qorunması üzrə qanunlar kompleksi həddindən artıq zəifdir. Ölkədə biznes lobbiçiliyi, monopoliyanın inkişafı, istehlakçıdan pul soyan mexanizmin gücləndirilməsi siyasəti gedir. Dövləti də, dövlət qurumlarını da çiyinlərində saxlayan istehlakçının hüquqlarının qorunması isə arxa planda qalır. Ona görə də, istehlakçı aldadılır və Azərbaycan vətəndaşlarının qazancının təxminən 20-25% keyfiyyətdə aldanmaya gedir. Bu işə məsul olan və bu neqativ halların qarşısını almalı olan dövlət orqanlarının isə zəif,koordinasiya olunmamış fəaliyyəti mövcuddur.

- “Halal” sertifikatı hansı qurumlar tərəfindən və hansı kriteriyalara əsasən verilir və sizcə onların bu məsələdə məsuliyyəti nə dərəcədədir?

-Keçən il oktyabr ayının 23-dən 27-ə qədər mən Beynəlxalq Halal Konqresində iştirak etmişəm. Dünyanın 56 müsəlman ölkəsinin alimləri bu məsələnin müzakirəsinə toplaşmışdı. İstambulda 4 gün davam edən konqresdə halallıq  məsələsi müzakirə olundu və qeyd edildi ki, bu çox mürəkkəb prosesdir. Türkiyəli nazirlərdən birinin çıxışında belə fakt səsləndirildi ki, dünyada təkcə halal ərzaq mallarına ildə 3 trilyon dollar vəsait  xərclənir. Bu sistemin isə  82%  isə xristianların əlindədir. Təsəvvür edin xristianlar halal mal buraxır, müsəlmanların 3 trln. dollar həcmində vəsaitinin  82% xristianlara gedir. Bu məsələ isə həm dini, həm siyasi, həm də iqtisadi mahiyyət daşıyır.

Müzakirələrdən sonra, məlum oldu ki, halal standartları kağız üzərində yazmaq çox asandır. Mən ora gedərkən Azərbaycan standartlaşdırma, Metirologiya və patent üzrə Dövlət Komitəsinin standartları ilə tanış olmuşdum. Orda isə öyrəndim ki, Azərbaycanda hazırlanan standartlar dünya normalarına cavab verir. Lakin bu, sadəcə kağız üzərindədir. Digər tərəfdən, halallığı dini şərtlərə görə təyin etmək çox çətindir. Müəyyən etmək olmur ki, heyvanı kəsən müsəlmanın 18 yaşı var, üzü qibləyə durub, Bismillah deyib, heyvanın boğazına bıçağı bir dəfə çəkib. Heyvan kəsiləndə onun yanında başqa heyvan olmayıb. Bunlar hamısı halallığın şərtləridir. Bunlara nəzarət edən varmı? Təbii ki, yox.

Bütün bu saxtakarlıqlara son qoymaq üçün, Azad İstehlakçılar Birliyi tərəfindən 20 gün öncə Standartlaşdırma, Metirologiya və Patent üzrə Dövlət Komitəsinə bir əsasnamə təqdim edilib. Mən bu sənəddə bütün rüşvət imkanlarını, qeyri-qanuni xərcləri istisna edən və əsl halal standartın verilməsini təmin edəcək koalisiyon qurumun yaradılmasını təklif etmişəm. Bura Qafqaz Müsəlmanları İdarəsi, Azad İstehlakçılar birlyi, KİV, İqtisadiyyat nazirliyi və digər qurumların daxil olması nəzərdə tutulur.  Təəssüf ki, mənim bu məsələ ilə bağlı məktubuma QMİ hələ də cavab verməyib. Azad İstehlakçılar Birliyinin tədqiqatı göstərir ki, bir çox yerli və xarici təşkilatlar, o cümlədən, Türkiyədən gəlmiş “Qindes” təşkilatının sertifikatlar verməkdə məqsədi sadəcə pul qazanmaqdır.  Onların heç biri halallığı təmin edən fəaliyyətlə məşğul olmurlar.

-Belə bir iddia səslənir ki, donuz piyi olmadan kolbasa istehsal etmək mümkün deyil. Bəs görəsən müsəlman ölkələrində, ele qonşu Türkiyə və İranda buna necə nail olurlar?

-Kolbasanı donuz piyi qatılmadan da istehsal etmək olar. Bu səhv bir fikirdir. Lakin iştirak etdiyim dünya konqresində amerikalı professor çıxış etdi ki, kolbasanı istehsal edərkən ona 10-a qədər dad və ətir verəcək inqrediyent qatılır. Onların mənşəyi araşdırılmalıdır. Bizdə məlumat var ki,bu məhsul üçün bəzi maddələr böcəklərdən hazırlanır. Bunun halallığı necə təmin olunsun? Bunlar hamısı açıq qalmış və həllini gözləyən məsələlərdir. 

Google+ WhatsApp ok.ru