“Ebola” virusuna qarşı dərmanlarla dolu anbar yanıb

Qvineyanın paytaxtında “Ebola” virusuna qarşı vaksin və preparatlarla dolu anbar yanıb. Yanğın Konakri aeroportunda yerləşən anbarda baş verib. Anbarda “Ebola”ya  qarşı dərmanlardan başqa malyariya və digər xəstəliklərə qarşı vaksinlərin saxlanıldığı bildirilir.   Güclü yanğın mühüm dərman ehtiyatlarının hamısını məhv edib.  
 
Yanğınsöndürənlər yanğının xüsusi qoruyucu geyimlərin saxlanıldığı bitişik binaya keçməsinin qarşısını ala bilib. 

Google+ WhatsApp ok.ru