İçərişəhər `Cümə` məscidi dini icması əziz İslam Peyğəmbərinin (s) rehləti və İmam Həsənin (ə) şəhadət günü münasibətilə mərasim keçirmişdir

Səfər ayının 28-i - əziz İslam Peyğəmbərinin (s) rehləti və İmam Həsənin (ə) şəhadəti, səfər ayının sonuncu günü isə İmam Rzanın (ə) şəhadəti günləridir. Bu münasibətlə müsəlman aləmi səfər ayının son on gününü də matəm günləri keçirir.

İçərişəhər "Cümə" məscidi dini icması da bu günü əza mərasimləri ilə keçirib. Mərasim mərsiyə, növhə və rövzə oxunması, sinəzənliklə başlayıb.
Daha sonra İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu mərasim iştirakçıları qarşısında xütbə ilə çıxış edib. Xətib çıxışı zamanı Peyğəmbərin (ə) həyatının son dönəmlərinə nəzər salıb.

Xütbənin sonunda dualar edilib, Allahdan aqibətlərin xeyirli olması istənilib, həyatımızın, yaşayışımızın, məkan və mühitlərimizin Hüseyni olması Uca Rəbbdən dilənilib.

Əzadarlıq mərasimi cəmlə "Fərəc" duasının oxunması ilə yekunlaşıb. /


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru