”Azəriqaz” Bakıda 4000-ə yaxın mənzillərin qazını kəsib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin “Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi”nin əməkdaşları tərəfindən cari ilin noyabr ayı ərzində 14676 mənzilə texniki baxış və profilaktik xidmət işləri keçirilib, istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.
”Azəriqaz”dan Modern.az-a verilən məlumata görə, həmin məzillərdən 2219-u Binəqədi, 862-si Xətai, 3368-i Yasamal, 839-u Nərimanov, 2795-i Nizami, 532-si Suraxanı, 1690 Nəsimi, 275-i Xəzər, 1348-i Qaradağ və 748-i Səbail rayonunda yerləşir.

Həyata keçirilən texniki baxış zamanı mətbəxin və ya vanna otağının həcminin normaya uyğun olmaması, vanna otağının qapısında dəliklərin olmaması, vanna otağının qapısının içəri açılması, qaz xətlərinin qapalı yerlərdən aparılması, mətbəx və ya vanna otağının yerinin dəyişdirilməsi, qeyri-standart və nasaz qaz cihazlarından istifadə olunması, qaz xətlərinin rezin şlanq vasitəsilə çəkilməsi, tüstü borularında, ventilyasiya kanallarında hava çəkiminin normal olmaması, istehlakçıların mənzillərində xəbərdarlıqdan sonra belə texniki baxış keçirməyə şərait yaratmaması kimi qanun pozuntuları aşkar olunub.
Nəticədə 3903 (Binəqədi QİS üzrə 342, Xətai QİS üzrə 376, Yasamal QİS üzrə 1095, Nərimanov QİS üzrə 89, Nizami QİS üzrə 562, Suraxanı QİS üzrə 154, Nəsimi QİS üzrə 609, Xəzər QİS üzrə 132, Qaradağ QİS üzrə 351 və Səbail QİS üzrə 193) istehlakçının mənzilinin və ya ayrı-ayrı cihazların qaz təchizatı müvafiq qaydada dayandırılıb.

Təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək.
“Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini istəyib. /

 

Google+ WhatsApp ok.ru