Əbiyevin Çexiya vətəndaşlığı alması qanunsuzdur

O, dövlət sirrinə açıq postda çalışdığı üçün ölkəni tərk edə bilməzdi

 

Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Cexiya vətəndaşlıgını alması haqqında məlumatın ölkəmizdə yaratdığı ajiotaj davam edərkən hüquqşünas Əlövsət Əliyev Çexiyanın müvafiq qanunvericiliyini araşdıraraq maraqlı detallar əldə edib. Musavat.com-un verdiyi xəbərə görə, bu barədə qənaətlərini sosial şəbəkədə paylaşan Ə.Əliyev yazıb:
 
"Cexiya qanunvericiliyi vətəndaşlıq istəyən şəxsdən 5 il həmin ölkədə qanuni əsaslarla yaşamaq tələb edir. 
Eyni zamanda Cexiya qanunvericiliyi aşagıdakı şərtləri tələb edir:
• məhkum olunmamaq;
• Cex dilini B 1 səviyyəsində bilmək;
• Cexiyanın müasir həyatıni bilmək haqaqında testdən kecmək (tarix, cografiya, ictimai biliklər);
• Cexiyanın hər hansı bir təşkilatına borclu olmamaq;
• maliyyə baxımından tam müstəqil olmaq və bunu sübut etmək;
 Cexiya cəmiyyətinə kifayət qədər inteqrasiya olunmaq.
Cexiya qanunvericiliyi bəzi şəxslərə vətəndaşlıgın müstəsa hallarda sadələşdirilmiş qaydada verilməsini də nəzərdə tutub. Müstəsna hallarda vətəndaşlıq elm, incəsənət, idman, və ya digər sahələrdə ciddi ugurlara imza atmış və xidmətləri olan şəxslərə verilə bilər. Səfər Əbiyevin ola bilsin hansısa sahədə Cexiya dövləti qarşısında 'xidmətləri' olub və bu içtimayyətə bəlli deyil". 
 
Ə.Əliyev daha sonra yazır:
 
 
"Eyni zamanda onun xanımının Cexiya vətəndaşı olmasını bildirənlər də vardır. Bu hal da onun sadələşdirilmiş qaydada və bu müddətdə vətəndaşlıq almasına imkan vermir. Cünki Azərbaycan Qanunvericiliyinin tələbləri baxımından S.Əbiyevin ölkədən xaricə daimi yaşamaga getməsinə icazənin verilməsi qanuna uygun deyil. Belə ki,Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.5 maddəsinə görə Dövlət Sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldıgı məlumatın məxfilik müddəti bitənədək şəxsin xarici ölkəyə daimi yaşamaga getməsi məhdudıaşdırıla bilər. Məcəllənin bu norması Səfər Əbiyevə tətbiq olunmalı və onun nazir vəzifəsindən azad olunan kimi ölkədən daimi yaşamaq ücün xaricə gedişinə icazə verilməli deyildi. Umumiyyətlə fikrimcə dövlət sirrinə malik şəxslərin ölkədən cıxışana nəzarət gücləndirilməlidir. Nədənsə Azərbaycanda dövlət sirrinə malik olanların əvəzinə sadə insanların ölkəni tərk etməsinə qanunsuz məhdudiyyətlər qoyulmaqda davam edir".
 
Hüquqşünasın şərhindən göründüyü kimi, Əbiyevin Çexiya vətəndaşlığı alması qanunsuzdur və indiki halda onun Cinayət Məcəlləsi ilə təqibinə əsas verir.
 

Google+ WhatsApp ok.ru