Ərəbistanı Kralını tənqid etməyin haram olduğunu əks etdirən CD paylandı

Səudiyyə Ərəbistanlı bəzi internet istifadəçiləri sosial media saytlarında "kralı tənqidin haram və böyük günah olduğunu izah edən" CD-nin fotolarını paylaşıblar. Həmin CD-nin Səudiyyə Ərəbistanı vətəndaşları arasında paylanıldığı bildirilib.
 
Maide.az xəbər verir ki, bəzi internet istifadəçiləri tərəfindən sosial mediaya yerləşdirilən məlumata görə, ərəbistanlı bəzi şeyx və müftilərin fətvalarını özündə əks etdirən CD-də padşaha itaət etməyin vacib, onu tənqid etməyin böyük günah olduğundan bəhs edilir.
 
Sözügedən CD-də bəzi dini mənbələrə istinad edilməklə mövcud hakimiyyətlərə itaət etməyin, onların əmrlərinə tabe olmağın vacib olduğu vurğulanır və hər cür müxalif ideyanın beyinlərdən silinib atılması tələb olunur.
 
Bu CD-nin qapağına belə yazılıb: 5 hökumətin yox olması... O halda, bu CD-yə 5 dəqiqə vaxt ayıraraq belə bir fəlakətdən xilas ol. Əgər bu CD-ni istəməsən, izləməsi üçün başqa birinə ver, ya bizə qaytar. Sən, Allah qarşısında bundan cavabdehsən!
 
Bildirilir ki, CD-nin qapağında yox olduğu bildirilən 5 ölkə Misir, Liviya, İraq, Suriya və Yəməndir.

Google+ WhatsApp ok.ru