“20 Yanvar” metrostansiyası bütünlüklə qızılgüllərlə bəzədiləcək

“Qara Yanvar” faciəsi ilə bağlı “20 Yanvar” metrostansiyası bütünlüklə qızılgüllərlə bəzədiləcək. 
 
Bu barədə Maide.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.  
 
Nəsimi Paşayevin sözlərinə görə, artıq Metropoliten tərəfindən 20 Yanvar faciəsi ilə bağlı xüsusi hazırlıq planı təsdiq olunub.
 
“Ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək. Bu il də bütün stansiyalar qərənfillərlə bəzədiləcək, təsdiq olunmuş plana əsasən hazırlıqlar aparılır. Həmin gün vaqonlarda musiqi səsləndirilməyəcək.
 
Metronun “20 Yanvar” stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək və matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da bütün qatarlar dayandırılacaq. Bir dəqiqəlik sükutla faciə qurbanları yad ediləcək. Qatarlar fit verəcək”.

Google+ WhatsApp ok.ru