“WhatsApp”dan YENİLİK: Telefona ehtiyac qalmadı - VİDEO

Bu gündən etibarən “WhatsApp”istifadəçiləri kompüter vasitəsilə də mesencerdən faydalana biləcək.
 
İlk olaraq yenilikdən Android əməliyyat sistemində çalışan telefon sahibləri yararlana biləcək.
 
Kompüterdə “WhatsApp”dan yararlanmaq üçün istifadəçi web.whatsapp.com saytına daxil olmalıdır. Daha sonra istifadəçi telefonda quraşdırılan “WhatsApp”a daxil olaraq “Menyu – WhatsApp Web” səhifəsinə daxil olmalıdır. Brauzerdə müvafiq QR kodu skan etdikdən sonra istifadəçi kompüterdə “Whatsapp”-dan yararlana biləcək.
 
Kompüter vasitəsilə “WhatsApp”a daxil olmaq üçün mobil telefonunuzda mesencerin ən son versiyası quraşdırılmalıdır.
 
Yenilin yaxın vaxtlarda “İOS” əməliyyat sistemində işləyəm mobil qurğular üçün də təqdim ediləcəyi gözlənilir.
 
Dünyada ən çox istifadəçiyə malik olan sosial şəbəkə “Facebook” “WhatsApp” messencerini alıb. Şirkət rəhbərliyi bunun üçün 19 milyard dollar verib.
 
Hazırda “WhatsApp” istifadəçilərinin sayı 700 milyonu keçib.. Bu da messenceri bu tipli digər proqramlara rəqib etmişdi.
 
Qeyd edək ki, ““WhatsApp” 2009-cu ildə “Yahoo” əməkdaşları tərəfindən yaradılıb. Hazırda bu proqramı smartfonların əsas əməliyyat sisteminə yükləmək olur.

Google+ WhatsApp ok.ru