“Netanyahu Hizbullahla qarşıdurmaya getməkdən çəkinib”

FaktXeber.com-un “Yediot Ahronot” qəzetinə istinadən verdiyi məlumata görə, ötən gün Hizbullahın İsrail hərbçilərinə hücum edərək, onlardan 17-sini öldürməsindən sonra baş nazir Netanyahu dərhal təhlükəsizlik şurasının fövqəladə toplantısı keçirib.
 
Qəzet İsrail rejimin bu toplantıda açıq-aşkar geriyə addımlamasına işarə edərək, yazıb: “Netanyahunun təhlükəsizlik rəhbərləri ilə keçirdiyi görüşdən sonra qərara alınıb ki, qarşılıqlı atışmalara son qoymaqla, vəziyyəti sakitləşdirmək lazımdır.”
 
Xatırladaq ki, İsrail 2006-ci ildə Hizbullahla etdiyi döyüşdə məğlubiyyətlə üzləşmişdi. Hazırda isə bu təşkilatın gücü dəfələrlə artmaqla yanaşı İsrailin regional və beynəlxalq arenda nüfuzu geriləyib.

Google+ WhatsApp ok.ru