Ənsarullah: `Yəmənin siyasi siması dəyişəcək`

Maide.az "Skynews" televiziyasına istinadən xəbər verir ki, prezidentin istefa etdiyi Yəməndə Husilərin ölkədəki siyasi boşluğu doldurmaq üçün digər siyasi qruplara verdiyi müddət də dolub. Amma BMT-nin xüsusi nümayəndəsi Camal bin Ömər siyasi qruplarla danışıqları davam etdirir.
 
BMT-nin Yəmən xüsusi nümayəndəsi Camal bin Ömərin siyasi qrupların nümayəndələri ilə keçirdiyi görüşlərdən hələ ki, bir nəticə ala bilmədiyi deyilən xəbərdə, siyasi qruplar arasındakı fikir müxtəlifliklərinin davam etdiyi vurğulanır.
 
Yəmən Parlamenti deputatlarından olan Yəhya əl-Husi isə Ənsarullah Hərəkatı lideri Əbdulməlik Husinin iki gün əvvəlki dəvəti ilə keçiriləcək Milli Konqresdə prezident kabinetinin, milli birlik hökumətinin və ordu baş komandanının təyin olunacağını deyib.
 
Yəhya əl-Husi prezidentin və hökumətin istefası ilə ortaya çıxan siyasi boşluğun doldurulması üçün atılacaq addımlar mövzusunda digər siyasi qruplara verdikləri müddətin bitməsindən sonra qəbul ediləcək qərarlarla gələcəkdə Yəmənin siyasi simasının dəyişəcəyini söyləyib.
 
Yəməndəki Milli Konqres Partiyası, Cənubi Yəmən Hərəkatı və Ənsarullah Hərəkatının prezident kabinetinin yaradılması barədə razılığa gəldiyinə dair xəbərlərin verildiyi bir müddətdə, Avropa Birliyi Ənsarullah Hərəkatının prezident kabineti qurması halında bu partiyanı sanksiya siyahısına salmaqla təhdid edib.

Google+ WhatsApp ok.ru