“BİZ PENİTENSİAR XİDMƏTİN CAVABINI QƏRƏZLİ MÖVQE KİMİ QİYMƏTLƏNDİRİRİK”

Azərbaycan İslam Partiyası siyasi qurumun rəhbəri Mövsüm Səmədovun atasının dəfninə buraxılmamasına etiraz edib. Sözügedən məsələ ilə əlaqədar AİP-in müraciətinə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cavabı qaneedici sayılmayıb.
Maide.az-ın məlumatına görə, etiraz bəyanatında deyilir:
 
"Öncə onu bildirməliyik ki, ümumiyyətlə M. Səmədov şərlənərək qanunsuz 12 illik həbs cəzasına məhkum edilib. Onun əməlində heç bir cinayət tərkibi olmadığı halda ən ağır ittihamlarla həbsxanaya salınıb.
 
 M. Səmədovun atası Mərdan Səmədovun yas mərasiminə qatılması ilə əlaqədar AİP-in müraciətini nəzərə almayan Penitensiar Xidmətin cavabı nəinki qanunsuz həbsə məruz qalanın hüzn mərasimində iştirakını təmin etməyin qanunsuz olduğuna istinadən qaneedici deyil, eyni zamanda bu yanaşma mental xüsusiyətlərimizə ziddir, həm də humanizmdən çox uzaqdır. Bütün hallarda məhbusun öz əzizlərinin hüzn mərasimində iştirakını təmin etmək bizcə heç bir problem törətmir.
 
Biz Penitensiar Xidmətin cavabını humanizm ideyalarından kənar hesab edir, bunu qərəzli mövqe kimi qiymətləndiririk.
 
Bir daha nəzərə çatdırmalıyıq ki, Mərdan Səmədovun  dünyasını dəyişməsi ilə bağlı AİP mərhumun bircə oğlu olan Mövsüm Səmədovun atasının hüznündə iştirakını təmin etmək üçün Penitensiar Xidmətdən şəraitin yaradılmasını istəmişdi. ƏN PX-dən gələn cavabda isə bunun qeyri-qanuni olması göstərilməklə mümkünsüzlüyü qeyd edilmişdi."

Google+ WhatsApp ok.ru