“Google” çökdü

Virtual aləmin ən böyük axtarış sistemində sutka ərzində problemlər yaranıb. 
 
“Google” axtarış sistemi və “GMail” elektron poçt xidməti istifadəçiləri ötən gündən etibarən müəyyən vaxtlarda problemlərlə üzləşib. Öz hesablarına girə bilməyən minlərlə internet istifadəçisi şikayətini “Tvitter”da dilə gətirib. 
 
Problemin daha çox İngiltərə, İslandiya, Fransa və Hindistanda olduğu bildirilsə də, Azərbaycanda da “Google” şirkəti tabeliyindəki pulsuz sayt xidməti verən “Blogspot”da bəzi nazaslıq hiss edilib. 
 
Qeyd edək ki, "Google" ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda "Google" dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.
 
"Google" axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar "YouTube" videohostinqinin sahibidir, "Gmail" poçt servisi və "Google+" sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün Android əməliyyat sisteminin tərtibatçısıdır. ans /

Google+ WhatsApp ok.ru