Əbdülməlik Əl-Husi Yəmən xalqına müraciət etdi

Ənsarullah lideri bəzi Qərb güclərinin Yəməndə sabitlik və inamsızlığı artırmaq cəhdində olduqlarını bildirib.
 
Maide.az xəbər verir ki, "Əl-Aləm" telekanalının məlumatına görə, Yəmən Ənsarullah hərəkatı lideri Əbdülməlik Əl-Husinin Sadə rayonunda xalq qarşısında çıxış edərək, bəzi Qərb və region ölkələrinin Yəmənin daxili işlərinə müdaxilə etmək, sabitlik və inamsızlıq yaratmaq istiqamətindəki və hədəfləri mövzusunda xəbərdarlıq səsləndirib.
 
Yəmən Ənsarullah hərəkatı lideri həmçinin Yəmən xalq inqilabı istiqamətində mənfi mövqe tutan bəzi region və Qərb ölkələrinə xitabən çıxışında, onların tərəfdaşlarına dəstək cəhdlərinin məğlubiyyətlə nəticələnəcəyini bildirib.
 
Əl-Husi bəzi daxili məsələlərə də toxunaraq, Qərb güclərindən asılı olmamaları və Yəmən xalqına inqilaba dəstək verərək, hədəflərinə çatmasında yardımçı olmalarını istəyib.

Google+ WhatsApp ok.ru