“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azərişıq” ASC-nin əməkdaşları adi günlərdə olduğu kimi, bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.
 
“Azərişıq” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar ASC-in sədri Baba Rzayev tərəfindən xüsusi tapşırıq imzalanıb.
 
Belə ki, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirləri keçiriləcəyi yerlərin  fasiləsiz elektrik enerjisi  ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir. Elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə “Azərişıq” ASC-nin Mərkəzi aparatı və Rayon enerji təchizatı və satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcəkdir. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcəkdir.
 
Abonentlər istər şəhərlərdən, istərsə  də  rayonlar, qəsəbə  və  kəndlərdən  yarana biləcək hər hansı problem  ilə  əlaqədar 199  saylı  telefonla  ”Qəza  Xidməti”nə  məlumat  vermələri  xahiş olunur.

Google+ WhatsApp ok.ru