Ənsarullah: Al Səud öz təcavüzünün bədəlini ağır ödəyəcək

Yəmən xalqı var gücü ilə xarici təcavüzün qarşısında dayanacaq və Ali Səud öz təcavüzünün bədəlini ağır ödəyəcək. Bunu Ənsarullah Hərəkatının rəsmisi Əli Əl-İmad CNN kanalına müsahibəsində deyib. 
Maide.az xəbər verir ki, Ə. Əl-İmad deyib ki, bu açıq –aşkar təcavüzdür və biz bu təcavüzə qarşı onların etdikləri kimi hərəkət edəcəyik. Ali Səudun bu hərəkəti Yəmən xalqının birləşdirib və onlar bunun bədəlini çox ağır ödəyəcəklər. 
Əl-İmad deyib ki, Səudiyyə Ərəbistanın quru qoşunlarının hücuma keçməsi gözlənilən deyil, lakin əgər belə bir iş tutarsa məğlub olacaq. 
Qeyd edək ki, martın 25-dən 26-a keçən gecə qəflətən Səudiyyə Ərəbistanı və 9 körfəz ölkəsi Yəmənə qarşı hava hücumlarına başlayıb. İşğalçı körfəz koalisiyasına Səudiyyə, Qətər, BƏƏ, Küveyt, Bəhreyn və sair ölkələr daxil olub. Misirin də bu işğalçı koalisiyaya qoşulduğu iddia edilir.
Bəzi KİV-lərin məlumatına görə, Ali Səud rejiminin təcavüzü nəticəsində 20 Yəmənli şəhid olub, onlarla insan yaralanıb. /

Google+ WhatsApp ok.ru