Ənsarullah Hərəkatı fövqəladə iclas çağırdı

Ənsarullah Hərəkatının yüksək səviyyəli üzvləri Ərəbistanın hücumuna cavab vermək üçün fövqəladə iclas təşkil ediblər.
Maide.az  Livanın Əl-Minar telekanalına istinadən məlumat verir ki, Ənsarullah Hərəkatının yüksək səviyyəli üzvləri cümə axşamı günü bu ölkəyə qarşı hava hücumlarına cavab verilməsi üçün Sənada fövqəladə iclas keçirib. İclasda elan olunub ki, Yəmənə istənilən xarici təcavüzə qarşı müarizə aparılacaq. 
Ənsarullah Hərəkatının üzvləri həmçinin Yəmənin tibb işçilərindən Ərəbistanın hava hücumları nəticəsində yaralananların müalicəsi üçün var-güclə çalışmalarını istəyib. 
Yəmən xəbər mənbələri yazır ki, Səudiyyə Ərəbistanın Sənaya hücumunda onlarla nəfər həlak olub və çox sayda insan yaralanıb. Yaralılara təcili tibbi yardımların göstərilməsinin zəruriliyi vurğulanıb. 
Yəmənə qarşı hava hücumları ilə əlaqədar ilkin məlumatlara görə, 20 sivil şəhid olub, 30-dan çox insan yaralanıb. 
Başqa bir məlumata görə, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini dəstəkləyən qüvvələr ilə Ənsarullah tərəfdarları  arasında ölkənin cənubunda Ədən şəhərinin Əl-Ənd bazası yaxınlığında güclü toqquşmalar baş verib . 
 Qeyd edək ki, martın 25-dən 26-a keçən gecə qəflətən Səudiyyə Ərəbistanı və 9 körfəz ölkəsi Yəmənə qarşı hava hücumlarına başlayıb. İşğalçı körfəz koalisiyasına Səudiyyə, Qətər, BƏƏ, Küveyt, Bəhreyn və sair ölkələr daxil olub. Misirin də bu işğalçı koalisiyaya qoşulduğu deyilir./
 

 

Google+ WhatsApp ok.ru