Əsəd: `İŞİD ilə aramıza sülhməramlı qüvvə yerləşdirilməsini təklif edənlər İŞİD-i dövlət kimi tanımağı təklif edir`

Suriya prezidenti Bəşər Əsəd ölkəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsi təkliflərinin qəbuledilməz olduğunu açıqlayıb. Əsəd, bu istiqamətdə qəbul olunan hər hansı bir qərarın İŞİD terror təşkilatının tanınması mənasına gələcəyi üçün təhlükəli olduğunu bildirib.
Rusiyalı jurnalistlərlə görüşündə prosesləri dəyərləndirən Bəşər Əsəd “Suriyaya sülhməramlı qüvvələrin yerləşdirilməsi fikrinə necə baxırsınız?” sualını cavablandırarkən bu barədə bildirib.
"Sülh qüvvələri adətən bir-birilə vuruşan ölkələr arasında yerləşdirilir. İŞİD ilə aramıza sülhməramlı qüvvə yerləşdirilməsini təklif edənlər İŞİD-i dövlət kimi tanımağı təklif edirlər. Bu cür ifadələr qəbuledilməz və təhlükəlidir".
Bəşər Əsəd, Rusiyanın ölkəsində böyük bir hərbi baza yaradacağını da açıqlayıb. Rusiyadan məsələ ilə bağlı müraciəti gözlədiklərini bildirən Əsəd, Suriyanın Tartus limanında yerləşən Rusiya donanmasının yeniləşdirilməsi və genişləndirilməsi istiqamətində Rusiyanın bir qərar qəbul edəcəyi təqdirdə müsbət cavab verəcəklərini söyləyib.
"Şərqi Aralıq Dənizi və Tartus limanı da daxil olmaqla, dünyanın müxtəlif yerlərində Rusiyanın hərbi varlığı söz mövzusudur. Bu, SSRİ-nin dağılmasından sonra pozulan balansın təmin olunması üçün lazımdır. Rusiyanın regionumuzdakı varlığı nə qədər güclənərsə, regionumuzda bir o qədər sabitlik olar. Çünki Rusiya bütün dünyada sabitliyin möhkəmlənməsində çox mühüm rol oynayır. Bu baxımdan, Rusiyanın Şərqi Aralıq Dənizində, xüsusilə də limanlarımızda varlığının genişləndirilməsini məmnuniyyətlə qarşılayırıq".
Əsəd, Qərb ölkələrinin Suriyanın daxili işlərinə qarışdığını, indi də eyni ssenarini Rusiyanı zəiflətmək məqsədiylə Ukraynada həyata keçirməkdə olduğunu qeyd edib. Suriya prezidenti Yaxın Şərq və Ukraynada baş verənlər arasındakı bənzərliyin olduğunu diqqət çəkib.
 
"Suriya böhranı və Ukraynada baş verənlərin əlaqəli olduğunu hər zaman demişəm. Birincisi, hər iki ölkə də Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. İkincisi isə hər iki halda əsas məqsəd Rusiyanı zəiflətmək və kukla dövlətlər yaratmaqdır".deyerler/

Google+ WhatsApp ok.ru